Bu il may ayında Ukraynanı “Eurovision-2009” mahnı müsabiqəsində təmsil edcək müğənni Svetlana Loboda evini girov qoyub. Rusiya mətbuatının verdiyi məlumata görə, müğənni İnternet vasitəsilə müsabiqədə iştirak üçün pul toplayır. Müğənni açıqlamasında maliyyə çətinliyi ilə üzləşdiyini təsdiq edib: “Hazırda evimi girov qoymuşam. Müsabiqəyə sərf olunan vəsaiti şəxsi büdcəm hesabına xərcləmişəm”. Svetlana Loboda heyətinin son dərəcə ağır maliyyə çətinliyi içində olduğunu vurğulayıb. Məbləği açıqlamayan təmsilçi İnternetdən vəsait topladığını da deyib. Loboda fanatlardan topladığı pulu dekorasiya hazırlığı üçün Honq-konqa yollayır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar