Adolf Hitlerin çəkdiyi 13 akvarel əsəri «Mullocks» auksionunda satılıb. BBC agentliyinin məlumatına görə, alqı-satqının ümumi məbləği 95 min funt-sterlinq təşkil edib. Naməlum alıcı təkcə körpüdə oturan kişi rəsminə görə 10 min funt verib. Auksionun rəsmi nümayəndəsi Riçard Uestvud-Bruks məbləğdən razı qaldıqlarını gizlətməyib: «Biz ümumi məbləğin 60 min funt-sterlinq olacağını güman edirdik. Açıq danışaq, hər halda bu, Pikassonun əsərləri deyil. Güman etmirəm ki, kimsə Adolf Hitlerin ən yaxşı rəssamlar siyahısına daxil olduğunu iddia edər». Akvarellərin böyük hissəsi mənzərələrdən ibarətdir. Bəzi əsərlərin küncündə «A.Hitler» imzası durur. Mütəxəssislər bu əsərlərin 1909-1914-cü illərdə çəkildiyini güman edirlər. Akvarel kolleksiyası Britaniya ordusunun əsgəri tərəfindən 1945-ci ildə Essen alman şəhərində tapılıb. Sonradan o, həmin əsərləri satıb. Yeni sahibi isə əsərləri öz qarajına qoyub və uzun müddət onları unudub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar