Londonun «Kovent Qarden» Kral opera teatrı Plasido Dominqo ilə 2009-2010-cu illərdə iki layihədə iştirakla bağlı razılaşma əldə edib. «Reuters» agentliyi qeyd edir ki, Dominqo kimi səviyyəli ulduzun teatra çağırılması böhran əleyhinə gözəl addım hesab edilir: həm quruluşların, həm də biletlərin bahalılığı ilə məşhur olan teatr tamaşaçısız qalmaq təhlükəsi ilə üzləşib. Dominqo Londonda iki operada iştirak edəcək: Qendelin «Tamerlan» (2010-cu ilin martı) və Verdinin «Simon Bokkaneqra» (2010-cu ilin iyunu) operalarında. O, birinci tamaşada Bəyazidin tenor partiyasını, ikincidə isə bariton ariyasını ifa edəcək. Qeyd edək ki, müğənni 1971-ci ildən bu yana Kral operasının səhnəsində 25 rolda çıxış edib. Teatr yeni mövsümdə Massnenin «Manon» operasında Anna Netrebko və Rolando Vilyasonun ulduz duetini də təqdim etməyə hazırlaşır. Bu ilin sonunda «Kovent Qarden» teatrının səhnəsində Mariinski teatrı da çıxış edəcək. Mariinski teatrı «Nebelunq üzüyü» teatrologiyasını, «Romeo və Cülyetta», «Qu quşu gölü», «Yatmış gözəl» və Balançininin bir aktdan ibarət baletlərini göstərəcək. Biletlərin qiyməti teatrologiya üçün 40-840, baletlər üçün isə 8,5-95 funt-sterlinq arasındadır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar