Məşhur aktyor Mel Gibsonun ayrılması barədə məlumat yayılandan sonra Hollivudda yaşayan Oksana adlı üç rus qadın jurnalistlərin diqqət mərkəzinə düşüb. Onlardan biri hətta Gibsondan uşaq gözlədiyini bildirib.
   Bunlar «Akula» ləqəbli 21 yaşlı müğənni Oksana Poçepa, 31 yaşlı pianoçu Oksana Kolesnikova və 39 yaşlı aktrisa və top-model, aktyor Timoti Daltonun keçmiş həyat yoldaşı Oksana Qriqoryevadır.
   Oksana Poçepa Qərb jurnallarına Gibsonla sevgi macərası barədə danışır. Ərdə olan Oksana Kolesnikova aktyorla hər hansı əlaqəsi olduğunu təkzib etməkdə davam edir. Oksana Qriqoryeva isə aktyordan uşaq gözlədiyini bəyan edir. Jurnalistlər də güman edirlər ki, Gibsonun 28 illik həyat yoldaşından boşanmasına məhz sonuncu Oksana səbəb olub.
   Gibsonun həyat yoldaşı Robin Murun ən yaxın rəfiqələrindən biri də bunu təsdiq edib: «Robin uzun illər ərzində Melin xəyanətlərinə göz yumub. Oksana dostları arasında Meldən hamilə olduğu ilə öyünəndən sonra Robinin səbir kasası doldu».
   Paparatsilər də Oksana Qriqoryevanın Mel Gibsonla əlaqəsini və onun hamilə olduğunu təsdiq edirlər. Rusiyalı qadının bugünlərdə Gibsonun Kaliforniyadakı evlərindən birində şəklini çəkiblər. İlk baxışdan hamilə olduğu görünən Oksana 11 yaşlı oğlu Aleksandrla həmin evə köçüb.
   Ötən ay isə Gibsonu çimərlikdə naməlum qadınla öpüşən zaman çəkiblər. Mətbuat həmin qadının Qriqoryevaya oxşadığını bildirir.
   Xatırladaq ki, Mel Gibsonun həyat yoldaşı 28 illik ailə həyatından sonra ayrılmaq ərizəsilə məhkəməyə müraciət edib. Cütlüyün 7 uşağı var: Hanna (28 yaş), əkizlər Edvard və Kristian (26), Villi (24), Lui (21), Maylo (19) və Tommi (9 yaş).
   Varidatı 900 milyon dollara yaxın olan aktyorun boşanması Hollivud tarixində ən bahalı boşanma ola bilər. Kaliforniya ştatının qanunlarına görə, həyat yoldaşı Gibsonun varidatının yarısını almaq hüququna malikdir.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar