«Forbes» jurnalının analitikləri müğənni Madonnanı şou-biznesdə ən çox pul qazanan ana elan ediblər. Jurnalın məlumatına görə, 2008-ci ildə onun gəliri 110 milyon dollar təşkil edib. «Ən çox çalışan» anaların ilk üçlüyünə aktrisalar Riz Uizerspun və Qvinet Peltrou da daxildirlər. Xatırladaq ki, Madonna ötən ilin yayında həyat yoldaşı, britaniyalı kinorejissor Qay Riçi ilə boşandıqdan sonra çoxuşaqlı tək anaya çevrilib. O, bundan sonra «Sticky & Sweet» albomuna dəstək məqsədilə keçirdiyi dünya turnesindən və «Hard Candy» albomunun rekord satışından əldə etdiyi varidatını üç uşağına - 12 yaşlı Lurdesə, 9 yaşlı Rokkiyə və Malavidə övladlığa götürdüyü 3 yaşlı Devid Bandaya xərcləyə bilər. Müğənni mart ayında Malavidən daha bir uşağı - Çifundo Ceymsi övladlığa götürmək istəsə də, son nəticədə ona icazə verilməyib.
   Siyahıda ikinci yeri aktrisa Riz Uizerspun tutur. «Xətti keçmək», «Stilli qadın», «Yer və göy arasındakı» filmlərdəki rolları ilə məşhurlaşan aktrisa ötən il 24 milyon dollar qazanıb. Həyat yoldaşı ilə ayrılmasına baxmayaraq, Uizerspun iki uşağını - qızı Avunu və oğlu Dikonu uğurla tərbiyə edir.
   «Oskar» mükafatı laureatı və iki uşaq anası Qvinet Peltrou 20 milyon dollar qazanıb. «Dəmir adam» blokbasterində çəkiliş, eləcə də «Estee Lauder» və«Tods»un reklam kompaniyalarında çəkiliş onun büdcəsini xeyli artırıb.
   İlk beşliyi Culiya Roberts və Sara Cessika Parker qapayır.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar