Britaniyalı dirijor Devid Pauntni Cüzeppe Verdinin populyar «Aida» operasını Boden gölündə üzən səhnədə tamaşaya qoyacaq. «The Times» qəzeti yazır ki, «Aida» operasındakı hadisələrin Misir səhrasında cərəyan etməsi əsl ironiyaya çevrilib. Lakin bu məqam Pauntnini qorxutmur. Dirijor əmindir ki, tamaşa üçün çox gözəl səhnə tapıb. «Aida»nın su üzərindəki premyerası 2009-cu il iyulun 22-də Avstriyanın Breqents şəhərindəki musiqi festivalında baş tutacaq. Breqentsdəki üzən səhnə ilk dəfə 1950-ci ildə yaradılıb. Breqentsdə 1990-cı illərin ortalarından etibarən işləyən Pauntni orada Verdinin «Nabucco» və «Trubadur» operalarını səhnələşdirib. Burada son illərin ən uğurlu su tamaşalarından biri olan Cakomo Puççininin «Tosca» tamaşasından epizodu «Mərhəmət kvantı» filmində görmək olar. Şəhərdəki Boden gölünün sahilində göstərilən operanı eyni zamanda 7 minə qədər adam izləyə bilər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar