Məşhur Hollivud aktyoru Dolf Lundqrenin İspaniyanın Marbelye şəhərindəki evi silahlı cinayətkarların hücumuna məruz qalıb. «Daily Mail»in məlumatına görə, üzlərində maska olan üç silahlı şəxs onun malikanəsinə daxil olaraq həyat yoldaşı Anettin əl-qolunu bağlayandan sonra pul və zinət əşyalarını tələb ediblər. Cinayətkarlardan biri təsadüfən masanın üzərindəki ailə şəklini görüb və onlar kimin evinə soxulduqlarını anlayıblar. Bundan sonra onlar dərhal aradan çıxıblar. Anett isə bir qədər sonra əl-qolunu açaraq polis çağırıb və həyat yoldaşına zəng edib.
   Qəzet yazır ki, cinayətkarlar evin kişisi ilə üzləşməyə hazırlaşmırlarmış. Bu görüş onlar üçün faciəli nəticələnə bilərmiş. Çünki Lundqren karate üzrə qara kəmər sahibidir. Qeyd edək ki, «Rokki-4» filminin çəkilişləri zaman Lundqren zərbəsinin gücünü düzgün hesablamayıb və Silvestr Stalloneni nokauta göndərib. Stalloneni ayıltmaq üçün həkimlərin müdaxiləsi tələb olunub. Polis təhqiqata başlayıb. Lundqrenin qonşuları, məsələn, Antonio Banderas evinin mühafizəsini gücləndirib.
   Xatırladaq ki, Dolf Lundqren hazırda iki filmdə çəkilir. O, Jan-Klod Van Dammla bir yerdə «Universal əsgər»in üçüncü hissəsində və Silvestr Stallonenin çəkdiyi filmdə iştirak edir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar