Bir qədər əvvəl səhnəyə qayıtdığını elan edən amerikalı pop-müğənni Maykl Cekson Londonda verəcəyi konsertlərə hazırlaşır. «Gigwise»in məlumatına görə, müğənni fiziki göstəricilərini bərpa etmək üçün özünün keçmişdəki konsertlərindən yazıları izləyir.
   Jurnal qeyd edir ki, Cekson bu yolla özünün rəqs hərəkətlərini yadına salmağa çalışır. Müğənni vaxtilə həm özü, həm də onun konsertlərində iştirak edən rəqs qrupları üçün xoreoqrafiya quruluşları verirmiş. Onun yaxın ətrafındakı mənbə Ceksonun artıq 10 ildən çoxdur böyük konsert vermədiyini xatırladıb: «Bu səbəbdən də onun hansısa hərəkətlərini unutduğu təəccüblü deyil».
   Xatırladaq ki, «pop kralı» mart ayında səhnəyə qayıtdığını elan edib. Konsertlər 2009-cu ilin iyulunda Londondakı «O2 Arena»da başlayacaq və 2010-cu ilin fevralına kimi davam edəcək. Cekson bu müddət ərzində 1 milyon adamın ziyarət edəcəyi 50-dək konsert verməyi planlaşdırır. Konsertlərin vaxtı açıqlanandan bir neçə gün sonra müğənni bu tədbirin karyerasındakı ən baxımlı şou olacağını və bundan sonra fəaliyyətini dayandıracağını elan edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar