Madonnanın «Material Girl» mahnısına çəkilən klip zamanı geydiyi, Merilin Monro stilindəki məşhur donu auksionda satılacaq. Bu barədə alqı-satqını keçirəcək «The Fame Bureau» adlı təşkilatçının rəsmi saytında bildirilir. Gözlənildiyinə görə, 1985-ci ildəki lentdə əks olunan paltar 60-80 min funt-sterlinqə satılacaq.
«The Fame Bureau»nun həmşəriki, kolleksiya əşyalarının qiymətləndirilməsi üzrə ekspert olan Ted Ouen bəyan edib ki, Madonnanın bu donu həm müğənninin karyerasının başlanmasının simvolu, həm də «Material Girl»ün təcəssümü sayılır.
Bundan əlavə, «Rock n Roll Art & Soul» adlı auksionda Elvis Preslinin hələ Amerika ordusunda xidmət etdiyi zaman (1958-1959-cu illər) ifa etdiyi gitara da satılacaq. Bu lotun təqribi qiymətinin 25-30 min olacağı güman edilir.