Hollivudun Mum fiqurlar muzeyinin tarixi ərzində ilk dəfə keçirilən auksion təşkilatçılara 500 min dollar gəlir gətirib. «Associated Press» agentliyinin məlumatına görə, satışa 170-ə yaxın lot çıxarılıb. Muzeyin 44 illik tarixi ərzində ictimai xadimlərin, aktyorların, musiqiçilərin və digər məşhur şəxslərin fiqurları, onların kostyumları və digər əşyaları Kaliforniya ştatının Kalabasas şəhərində keçirilən auksiona çıxarılıb. Agentliklər qeyd edirlər ki, təşkilatçılar gözləniləndən çox gəlir götürüblər. Məsələn, İngiltərənin «The Beatles» rok qrupunun üzvlərinin fiquru 13 min dollara satılıb. İsa peyğəmbərin və onun 12 köməkçisinin fiqurlarına isə 15 min dollar ödənilib. Bundan əlavə, Mişel Pfayferin «Betmen qayıdır» kinofilmindəki pişik-qadın fiquru, eləcə də Çarlton Hestonun «On ehkam» filmindəki Musa peyğəmbər obrazı alıcılarda daha böyük maraq doğurub.
   Agentlik qeyd edir ki, əldə edilən pulların bir hissəsi Hollivuddakı «Şöhrət xiyabanı»nın saxlanılmasına yönəldiləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar