Məşhur ispan tenoru Xose Karreras opera səhnəsindəki çıxışlarını dayandırmaq niyyətində deyil. «Associated Press» agentliyinin məlumatına görə, musiqiçinin maraqlarını təmsil edən «Xose Karrerasın leykemiya ilə beynəlxalq mübarizə fondu» «The Times» qəzetinin jurnalistlərinin tenorun sözlərini təhrif etdiyini bildirib.
   Xatırladaq ki, bir neçə gün öncə «The Times» Xose Karreras və Plasido Dominqonun səhnədən getdiklərini yazmışdı. Guya ki, «Üç tenor» layihəsinin (Luçano Pavarotti, Plasido Dominqo və Xose Karreras) ən gənc üzvü olan 62 yaşlı Xose Karreras artıq operalarda əsas partiyaları ifa etmək üçün yüksək tələblərə cavab verə bilmədiyini açıqlayıb: «Müəyyən öhdəliklər istisna olunmaqla, operadakı karyeram başa çatıb».
   Amma fond, jurnalistlərin səhvə yol verdiyini bildirir. Rəsmi açıqlamada qeyd olunur ki, Karreras həqiqətən də son illər operalarda çıxış etməyib: «Amma bu onun, ümumiyyətlə, operadan imtina etdiyi anlamına gəlmir. O, müəyyən yaradıcılıq və professional şərait olduğu təqdirdə, yenidən opera səhnəsinə qayıtmağa hazırdır». Bununla yanaşı, fondun nümayəndəsi Karrerasın yaxın bir neçə il ərzində həqiqətən də opera sahnəsində görünməyəcəyini vurğulayıb.1946-cı ildə Barselonada doğulan Xose Karreras müasir dövrün ən uğurlu tenorlarından biri sayılır. O, ilk növbədə Puççinini intrepretasiya etməsi, eləcə də Pavarotti və Dominqo ilə bir yerdə «Üç tenor» layihəsi ilə məşhurdur. 1987-ci ildə leykemiyaya tutulan müğənni sağalan kimi xəstəlikdən əziyyət çəkənlər üçün fond yaradıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar