«Eurovision-2009» mahnı müsabiqəsinin qalibi mükafatı - büllur mikrofonu müsabiqənin rəsmi siması elan edilən rusiyalı “Dünya gözəli” Kseniya Suxinovanın əlindən alacaq. Rusiya mətbuatının məlumatına görə, bu barədə Rusiyanın «Birinci kanal»ının baş direktoru Konstantin Ernest bəyanatla çıxış edib. Ənənəyə görə, hər iştirakçı səhnəyə çıxmazdan öncə ölkəsi haqqında videoçarx təqdim olunur. «Eurovision» tarixində ilk dəfə olaraq videoçarxla yanaşı, iştirakçı ölkələrin sayı qədər - 42 ədəd fotoplakat da hazırlanıb. Bütün fotoplakatlarda isə müsabiqə iştirakçılarının obrazında Kseniya Suxinova çıxış edir. O, üzərində iştirakçı ölkələrin bayraqları olan köynəklərdə görünür.
   «Eurovision-2009»un icraçı prodüseri Yuri Aksyutanın sözlərinə görə, ideya Konstantin Ernestə məxsusdur: «Biz ideya haqqında Avropa Yayım Birliyinə (EBU) məlumat verdik. EBU-da isə ideyanı bəyəndilər».







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar