Avstriyada turistlərin ən çox ziyarət etdiyi yerlərdən biri olan Vyanadakı Şenbrunn muzeyi 2011-ci ildə 500 butulka çaxır hazırlamaq niyyətindədir. «France Presse» agentliyinin məlumatına görə, məhz bu məqsədlə Şenbrunn bağlarından birində ümumi sahəsi min kvadrat metr olan kiçik üzümlük salınıb. Qeyd edək ki, sonuncu dəfə Şenbrunnda 250 il əvvəl çaxır düzəldiblər. Vaxtilə Avstriya imperatorlarının rezidensiyası olan Şenbrunnsk sarayında «Hemişter Zats» - Vyanada çox populyar olan ağ, yüngül çaxır buraxılacaq. Müxtəlif üzüm növlərinin ayrı-ayrılıqda qıcqırdıldığı ənənəvi çaxırlardan fərqli olaraq, «Hemişter Zats» üçün müxtəlif üzüm növlərini bir yerdə yetişdirirlər və bir yerdə də qıcqırdırlar. Bu çaxır mağazalarda satılmayacaq. Muzey rəhbərliyi onu ziyarətçilər üçün nəzərdə tutub. Çaxır rezidensiyaya gələn turistlərin dadması üçün istifadə olunacaq. Arzu edilənlərə isə məhdud sayda çaxır satılması da istisna edilmir. Şenbrunnsk sarayı, onun bağları və parkları 1996-cı ildən YUNESKO-nun mühafizəsi altındadır. Hər il sarayı 2,6 milyon, rezidensiyanın parklarını isə 7 milyon adam ziyarət edir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar