Fransa prezidenti Nikolya Sarkozi Birləşmiş Ərəb Əmirliyinə səfəri zamanı Luvr muzeyinin Abu-Dabidə filialının tikintisinə başlanılması mərasimində iştirak edib. «Le Fiqaro» qəzetinin yazdığına görə, Sarkozi muzeyin binasının təməlini qoyub.
   Qeyri-rəsmi olaraq «Qumluqdakı Luvr» adlandırılan ərəb Luvrunun tikintisi Səadiyyat adasının unikal mədəniyyət kompleksinə çevrilməsi üçün başlanılan möhtəşəm layihə çərçivəsində həyata keçiriləcək. Luvr fransız arxitektoru Jan Nuvelin layihəsini verdiyi 24000 kvadrat metr ərazidəki günbəz altında yerləşəcək. Bundən əlavə, Səadiyyat adasında Birləşmiş Ərəb Əmirliklərinin Tarix Muzeyi, Hərbi-Dəniz Qüvvələri Muzeyi, Nyu Yorkdakı Qeqqenhaymın filialı, teatr mərkəzi və 19 ixtisaslaşmış pavilyon olacaq.
   Luvrun filialının əsasının qoyulması uzun və mürəkkəb danışıqlardan sonra mümkün olub. Fransa və BƏƏ 30 il müddətinə əməkdaşlıq müqaviləsi bağlayıblar. Bu müddət ərzində Fransa və Luvr muzeyi BƏƏ-dən muzeyin adından istifadə edilməsi, ekspertiza keçirilməsi, texniki avadanlıq və eksponatların verilməsi müqabilində 1 milyard dollar alacaqlar.
   Müqaviləyə əsasən, həqiqi Luvr Abu-Dabidəki ərəb Luvruna kolleksiyasının bir hissəsini icarəyə verməlidir. Amma eksponatların sayı 300-ü keçə bilməz. Eksponatların icarə müddəti 3 aydan 2 il müddətinə qədər ola bilər.10 il sonra ərəb Luvru müstəqil şəkildə kolleksiyasını yaratmalıdır.
   Abu-Dabidəki muzeyin tikintisi 2012-2013-cü illərdə başa çatacaq. Gözlənildiyinə görə, muzeyi hər il Yaxın Şərq, Afrika və Asiyadan 3 milyona qədər adam ziyarət edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar