Məşhur Hollivud aktrisası Elizabet Teylor Los-Ancelesdəki klinikalardan birinə yerləşdirilib. 77 yaşlı aktrisanın nümayəndəsi Dik Qatman bildirib ki, Teylor özünü yaxşı hiss edir və onun hospitala yerləşdirilməsi planlı şəkildə olub. 
   «BBC»nin məlumatına görə, aktrisa «Twitter» internet-peyceri vasitəsilə «dünya ilə» əlaqə saxlayır. Qatman digər təfərrüatlar barəsində məlumat verməyərək ancaq onu qeyd edib ki, aktrisa tezliklə evinə qayıdacaq.
   Qeyd edək ki, Teylor son bir neçə il ərzində müxtəlif diaqnozlarla dəfələrlə xəstəxanaya düşüb. Aktrisada mədə xorası, amöb dizenteriyası, bursit, kəskin bronxit və ağ ciyərlərin iltihabı aşkar edilib. 2004-cü ildə isə Elizabet Teylorun ürəyin işemik xəstəliyindən əziyyət çəkdiyi məlum olub.
   Teylor Hollivudun ən məşhur aktrisalarından biri sayılır. O, iki dəfə «Oskar» mükafatı alıb. Aktrisa «Kleopatra», «Qızmış damdakı pişik», «Vircinya Vulfdan kim qorxur?» kimi filmlərlə məşhurlaşıb. Kinonu tərk edəndən sonra aktrisa son 20 ilini QİÇS-lə mübarizə kampaniyasına həsr edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar