Fransada Motsartın «Don Juan» operasının üçölçülü versiyasının premyerası olub. Tamaşa Renna şəhərində oynanılsa da, onu peyk vasitəsilə Parisdə, Brestdə və Avinyonda 3D kinoteatrlarında nümayiş etdiriblər. Bundan əlavə, opera Parisdə Dtimension-3 konfransının açılışında da nümayiş olunub. Tədbirin təşkilatçıları tamaşanı müxtəlif nöqtələrdən çəkən 4 ədəd 3D kamerasından istifadə ediblər. Tamaşaçılar kinoteatrlarda xüsusi eynək taxıblar. Səs effekti də maksimal olaraq canlı səsə oxşadılıb. Üçölçülü operaya biletlər Avinyonda daha baha olub - 20 avro. Brestdə isə melomanlar operanı pulsuz izləmək imkanı əldə ediblər. Bu hadisəyə görə Rennadakı kinoteatr xüsusi aparatla təchiz olunub. Tezliklə orada üçölçülü «Don Juan»ın yazısı nümayiş etdiriləcək. Qeyd edək ki, tamaşanın ikiölçülü versiyası opera binasının qarşısında böyük ekranda, eləcə də yerli və peyk televiziyası ilə nümayiş etdirilib.
   Operanın yazılması və nümayişinə «France Telecom»a daxil olan «Orange» kompaniyası cavabdehlik daşıyıb. «Orange» 2008-ci ildə «Rollan Qarros» tennis turnirindən, 2009-cu ildə isə futbol oyunundan üçölçülü reportajlar verib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar