Amerikalı aktyor Nikolas Keyc ABŞ-ın müxtəlif bölgələrində yerləşən 5 malikanəsini satışa çıxarıb. O, bu evlərin müqabilində 50 milyon dollar əldə etmək niyyətindədir. Aktyorun satışa çıxardığı ən bahalı obyekt Los-Ancelesdə yerləşən və Tüdor stilində tikilən malikanədir. 1,11 min kvadrat metr sahəyə malik evdə 7 yataq, 9 vanna otağı, eləcə də qonaq evi, daxili bağ və hovuz var.
   «Move» internet resursu bildirir ki, əvvəlcə bu malikanə 35 milyon dollara satılırmış. Amma ötən il qiymət 29,9 milyona kimi düşüb. Bu il isə beynəlxalq maliyyə böhranı özünü daha ciddi göstərib: indi malikanə 17,5 milyona satışa qoyulub. Keyc özü həmin evi 1998-ci ildə 6,5 milyon dollara alıb. Aktyor ABŞ-ın şərq sahilindəki Middlton şəhərində yerləşən dəbdəbəli evini də satmaq niyyətindədir. Maraqlıdır ki, Keyc bu evi 2007-ci ildə 15,9 milyona alıb, indi də həmin qiymətə satır. 2,3 min kvadrat metrlik evdə 12 yataq və 10 qonaq otağı, hovuz və digər rahatlıqlar var.
   Las-Veqasdakı 1,3 min kvadrat metrlik obyekt isə ispan stilində tikilib. Evdə özəl kinoteatr, hovuz, 3 kamin, böyük qaraj var. Keyc ona 9,5 milyon dollar qiymət qoyub. Yeni Orleandakı iki ev isə daha ucuz satılır. Klassik stildəki malikanə 3,45 milyon dollaradır. Məşhur «The LaLaurie Mansion» malikanəsi isə 3,55 milyona gedə bilər. Bu ev 1830-cu ildə tikilib və orada ruhların yaşadığı iddia edilir. Aktyor özü də evdə tək qala bilmədiyindən şikayətlənib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar