Parisdəki Pablo Pikasso muzeyindən dahi rəssamın içində 33 kiçik şəkli olan bloknotu oğurlanıb. «France Presse» agentliyinin məlumatına görə, bu bloknotun təxminən 8 milyon avro qiyməti var. Paris polisinin məlumatına görə, oğurluq iyunun 9-da səhər tezdən inventarlaşdırma zamanı aşkar edilib. Lakin cinayətin nə zaman törədildiyi bəlli deyil. Bloknotun içindəki şəkillərin də Pikassonun həyat və yaradıcılığının hansı dövrünə təsadüf etdiyi bilinmir.
   Pikasso muzeyi Parisin üçüncü dairəsindəki orta dövrlərə aid kvartalda yerləşən Sale malikanəsindədir. Əsası 1973-cü ildə qoyulan muzeydə dahi rəssamın 203 tablosu, 1500 rəsmi, 158 heykəltəraşlıq əsəri, eləcə də içində şəkillərin ilkin versiyası olan 58 dəftər və bloknot var. Muzeydə Sezann, Matiss və Pikassonun şəxsi kolleksiyasında saxlanılan digər rəssamların əsərləri də yerləşdirilib.
   Bu, son illər Pikassonun əsərləri ilə bağlı ikinci böyük oğurluqdur. 2007-ci ilin fevralında oğrular rəssamın nəvəsi Diana Vidmayer-Pikassonun evinə girərək onun 50 milyon avro dəyərində iki əsərini - «Mayya oyuncaqla» və «Jaklinin portreti» tablolarını aparıblar. Hər iki əsəri üstündən yarım il keçəndən sonra tapmaq mümkün olub. Anonim mənbə polisə əsərlərin yerini xəbər verib.
   Bundan əvvəl Pikassonun əsərlərini 1994-cü ildə Sürixdə, 1997-ci ildə Londonda və 2006-cı ildə Rio-de-Janeyroda oğurlayıblar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar