Məşhur sovet aktyoru Pyotr Velyaminov 83 yaşında vəfat edib. «İTAR-TASS» agentliyinin məlumatına görə, aktyor Sankt-Peterburq şəhərində dünyasını dəyişib.
   Pyotr Velyaminov 1926-cı ildə zadəgan ailəsində doğulub. 1943-1952-ci illərdə repressiyaya məruz qalıb və bu illəri düşərgədə keçirib. 1952-ci ildə azadlığa buraxılsa da, ancaq 1983-cü ildə tam reabilitasiya olunub.
   Velyaminov «Yaroslav Mudrı», «XX əsrin quldurları», «Çelyuskinçilər», «Kölgələr günorta yox olur», «Əbədi çağırış», «Milli təhlükəsizlik agenti», «Bandit Peterburqu» kimi filmlərdə oynayıb.
   Ona keçmiş SSRİ miqyasında şöhrəti də məhz teleseriallar gətirib. 1974-cü ildə ekrana çıxan «Kölgələr günorta yox olur» və iki il sonrakı «Əbədi çağırış» Pyotr Velyaminovun ən məşhur filmləridir. O, «Əbədi çağırış»dakı roluna görə SSRİ Dövlət mükafatı alıb. Ümumilikdə isə aktyor 120-yə yaxın filmdə çəkilib.
   Amma Velyaminov daha çox teatr aktyoru olub. O, 1970-ci illərdən etibarən Moskvadakı «Sovremennik» teatrında oynayıb. Sonra kinoaktyor teatr studiyasına keçib. 1995-ci ildə isə Sankt-Peterburqa köçüb və Akimov adına Akademik Komediya Teatrının truppasında işləməyə başlayıb. Paralel olaraq Baltika İqtisadiyyat, Siyasət və Hüquq İnstitutunun teatr fakültəsinin kafedra müdiri olub.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar