YUNESKO-nun xüsusi komissiyası Buenos-Ayresi 2011-ci ilin Ümumdünya kitab paytaxtı elan edib. Bu barədə «İTAR-TASS» bu beynəlxalq təşkilatın xüsusi kommunikesinə istinadən məlumat yayıb.
   Qərarı YUNESKO-nun himayəsi altında fəaliyyət göstərən naşirlər, kitab ticarətçiləri və kitabxanaçılar komitəsi qəbul edib. Titul simvolik olsa da, onu kitablara sevgi və onların oxunmasına görə ən yaxşı şəhər proqramlarına verirlər. Qərar aprelin 23-də qeyd edilən Ümumdünya Kitab və Müəllif Hüququ Günü qüvvəyə minir və bir il ərzində qalib şəhər bu titulu daşıyır.
   Ümumdünya kitab paytaxtı adına iddia edən şəhərlərin seçimi ilə Beynəlxalq Naşirlər Assosiasiyası (IPA-UIE), Beynəlxalq Kitabxanalar Assosiasiyası və İnstitutları Federasiyası (IFLA) və Beynəlxalq Kitab Ticarəti Federasiyası (IBF) məşğul olur.
   Buenos-Ayres Ümumdünya kitab paytaxtı elan edilən 11-ci şəhər olub. Buna qədər həmin titul Madrid (2001), İsgəndəriyyə (2002), Nyu-Deli (2003), Antverpen (2004), Monreal (2005), Turin (2006), Boqota (2007) və Amsterdama (2008) verilib. Bu il titulu Beyrut daşıyır. Gələn il isə estafet Lüblenə keçəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar