Amerikalı konseptualist Conatan Kits «Opium» yumoristik jurnalının üz qabığında 9 sözdən ibarət qısa hekayə dərc edib. Amma hekayəni ancaq min il ərzində oxumaq mümkün olacaq. «Wired»in məlumatına görə, tryuk ondadır ki, hər bir söz müxtəlif qalınlığa malik boya aqatı ilə çap edilib. Ultrabənövşəyi şüanın təsiri altında sözlər jurnalın üz qabığında tədricən peyda olacaq: nəzəri hesablamalara görə, hər sözün oxunması üçün 100 il tələb olunur. Conatan Kits iddia edir ki, onun hekayəsinin çap edildiyi kağız min il yaşaya biləcək.
Amma bəşəriyyətin bundan sonra bu qədər yaşayıb-yaşamayacağı sual altındadır. Kits güman edir ki, onun hekayəsi müasir dövrdə söz və mətnlərin həddən artıq sürətlə «həzm edilməsinə» qarşı bir addımdır. Kits bir neçə kitabın müəllifi kimi məşhurdur. Amma Amerikada onu əsasən satirik layihələrin yaradıcısı kimi tanıyırlar.