Məşhur Hollivud aktrisası Kameron Diaz Hollivuddakı «Şöhrət xiyabanı»nda 2386 nömrəli ulduz alıb. «France Presse» agentliyinin məlumatına görə, Diaz təntənəli mərasim zamanı çıxışında uğurlu karyerasına görə valideynlərinin ona verdikləri sevgiyə borclu olduğunu bildirib.
    Diaz məhz bu sevginin seçdiyi yolda inamla addımlamasına səbəb olduğunu bildirib. Mərasimdə bir çox məşhur şəxslər, o cümlədən Tom Kruz və onun həyat yoldaşı, Diazın «Çarlinin mələkləri» filmində tərəf müqabili olduğu Lüsi Lyu iştirak ediblər.
   Kameron model biznesində 16 yaşından iştirak etməyə başlayıb. Ona məşhurluq gətirən ilk film tərəf-müqabili Cim Kerrinin baş rolu ifa etdiyi «Maska» olub.
   «Şöhrət xiyabanı»nda yerlərin bölüşdürülməsi ilə məşğul olan xüsusi komitə 2010-cu ildə adları əbədiləşdiriləcək şəxsləri açıqlayıb. Bunların arasında Rassel Krou, Adam Sendler, Ceyms Kameron da var.
   Qeyd edək ki, 2009-cu ildə «Şöhrət xiyabanı»nda ümumi dəyəri 4 milyon dollar olan təmir işləri aparılacaq. «Şöhrət xiyabanı»nda ilk ulduzlar 1958-ci ildə yerləşdirilib. Amma Los-Ancelesin şimal-qərbindəki 2,5 kilometrlik xiyaban rəsmi olaraq 1960-cı ilin noyabrında açılıb. Hər il bu ərazini milyonlarla turist ziyarət edir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar