İyunun 25-də vəfat edən dünya pop musiqisinin kralı Maykl Ceksonla vida mərasimi onun Kaliforniya ştatının cənubundakı “Neverland” rançosunda keçirilə bilər. “TMZ.com” saytının verdiyi məlumata görə, müğənnin cəsədinin iyulun 2-də rançoya gətiriləcəyi gözlənilir. İyulun 3-ü və ya 4-ü vida mərasimi keçiriləcək və pərəstişkarları öz kumirləri ilə vidalaşa biləcəklər.
   Bəzi məlumatlarda Ceksonun dəfn mərasiminin iyulun 5-də keçiriləcəyi bildirilsə də, müğənninin harada basdırılacağı haqqında hələ də məlumat verilməyib. “Neverland”ın yerləşdiyi Santa-Barbara dairəsinin polisləri dəfn mərasimi zamanı təhlükəsizliyi təmin etmək üçün gücləndirilmiş iş rejiminə keçiblər.
   Eyni zamanda məlum olub ki, Ceksonun təmiz aktivləri 2007-ci ilin martında 236 milyon dollar təşkil edib. Onun borcu isə həmin dövr üçün 331 milyon dolları keçib. Agentliyin əldə etdiyi sənədlərdə Ceksona məxsus rançonun, onun disklərinin, eləcə də avtomobil parkının və kolleksiya əşyalarının qiyməti hesablanıb. “Neverland”ın özü 33 milyon dollar qiymətində dəyərləndirilib.
   Qeyd edək ki, Ceksonun vəsiyyətnaməsində onun varidatı 3 uşağı və anasının arasında bölünüb. Müğənni mirasından atasına heç nə ayırmayıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar