XVII əsrin holland rəssamı Yan Livens gənc Rembrandt Harmens Van Reyni «Kart oyunçuları» rəsmində əks edib. «The İndependent» qəzetinin yazdığına görə, 1623-1624-cü illərdə çəkilən əsəri araşdıran Vaşinqton Milli Rəssamlıq Qalereyasının əməkdaşı Artur Uilok belə bir nəticəyə gəlib.
   Uilok qeyd edir ki, əsassız olaraq Rembrandtın davamçısı adlandırılan Livens müstəqil rəssam olub və Rembrandtla birgə məşhur amsterdamlı usta Piter Lastmanın yanında təhsil alıb. İndiyə qədər Livensin Rembrandtı əks etdirən bir əsəri məlumdur. Uilok 1626-cı ildə çəkilən həmin əsərdəki şəxslə «Kart oyunçuları» rəsmindəki mərkəzi fiquru tutuşdurub. Onun fikrincə, «Kart oyunçuları»ndakı gənc, saqqalsız, əlində qəlyan tutan, çiynində göy-yaşıl rəngli parça olan şəxs məhz Rembrandtdır. Əgər professor Uilokun fərziyyəsi düzdürsə, onda əsər çəkilən zaman Rembrandtın 16 yaşı olub.
   Livensin «Kart oyunçuları» əsəri özəl kolleksiyadadır. Amma rəsm 2009-cu ilin avqustuna kimi Amsterdamdakı «Rembrandt evi» muzeyində təşkil olunan sərgidə nümayiş etdiriləcək.
   Rembrandt həyatı boyu onlarla avtoportret çəkib. O, bu əsərlərdə özünü fikirli və qəmli təsvir edib. Rəssamlar ancaq 2008-ci ildə onun «gülərüz» avtoportretini tapa biliblər.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar