Amerika Kinoakademiyasının İdarəçilər Şurası «Oskar» mükafatının bəzi nominasiyalarının təqdim edilmə qaydasına ciddi dəyişikliklər edib. Rəsmi press-relizdə bildirilir ki, bundan sonra «Ən yaxşı mahnı» nominasiyası ancaq mahnılardan hər hansı biri ən azı 8,25 reytinq topladığı təqdirdə təqdim olunacaq.
   Kinoakademiyanın üzvləri hər hansı mahnını ən azı 8,25 ballıq reytinqlə dəyərləndirsələr, «Ən yaxşı mahnı» kateqoriyasında həmin musiqi və ikinci yerdə gələn mahnı təqdim olunacaq. Əgər heç bir mahnı tələb olunan reytinqi toplaya bilməsə, o halda «Ən yaxşı mahnı» nominasiyası üzrə mükafat verilməyəcək.
   Qeyd edək ki, buna qədər həmin kateqoriyanın olması məcburi idi. Şərtlərə görə, iddiaçı mahnıların sayı ən azı 3, ən çoxu isə 5 olmalı idi.
   Bundan əlavə, fəxri «Oskar»ların verilməsində də dəyişiklik edilib. Yeni qaydalara görə, «Con Herşolt adına humanitar mükafat»ın, İrvinq Talberq adına mükafatın və fəxri «Oskar» laureatlarının adı sentyabrda elan olunacaq. Mükafatlar isə noyabrda keçiriləcək xüsusi mərasim zamanı təqdim ediləcək. Kinoakademiyanın rəhbərliyi bu addımı «Oskar»ın təqdimetmə mərasiminin vaxtını azaltmağın vacibliyi ilə əsaslandırır. Xatırladaq ki, bundan əvvəl əsas nominasiyada - «Ən yaxşı film» nominasiyasında dəyişikliklərlə bağlı məlumat verilib. 2010-cu ildə «Ən yaxşı film» adı uğrunda 5 deyil, 10 film mübarizə aparacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar