Britaniyalı Maks Blok evinin çardağını yığışdıran zaman ən aşağısı 165 min dollar qiyməti olan şəkil kolleksiyası tapıb. Bu barədə «The Daily Telegraph» qəzeti yazır.
   Şəkilləri britaniyalının ögey atası - 1956-cı ildə vəfat edn məşhur alman rəssamı Erix Volsfeld çəkib. 20 il əvvəl isə Blokun anası - Volsfeldin həyat yoldaşı vəfat edib. Beləcə, əsərlər çardaqda qalıb.
   20-yə yaxın tamamlanmış və yüzlərlə yarımçıq qravüra iyulun 7-də Knutsforddakı auksionda satılacaq. Blok ümid edir ki, ögey atasının əsərləri yaxşı evə düşəcək.
   Erix Volsfeld 1880-ci ildə Prussiyada doğulub. Nasistlər onu izləməyə başlayandan sonra vətənini ataraq Britaniyaya qaçmaq məcburiyyətində qalıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar