![](/img/news/700x420/1734.jpg)
«Deutsche Welle» yazır ki, filmin süjeti Holms soyadlı uğursuz polis inspektoru ətrafında qurulub. Şərqi Almaniya xüsusi xidmət orqanları o qədər effektiv işləyirlər ki, inspektorun mübarizə apara biləcəyi cinayətkarlar qalmır. Pis duruma düşdüyünü anlayan Holms, bir neçə köhnə fırıldaqçını şəhərin mərkəzindəki heykəli oğurlamağa dilə tutur. O, bu yolla özünü göstərməyə çalışır.
Berlin divarının sökülməsindən sonra sosialist üsul-idarəsi zamanı qadağan olunan bir çox filmlər yenidən ekrana qaytarılıb. «Əllər yuxarı və ya mən güllə atacağam» komediyası reabilitasiya alan sonuncu filmlərdən biridir.