Amerikalı aktrisa və model Bruk Şilds Rocer Kamblın «Furry Vengeance» adlı komediyasında çəkiləcək. «The Hollywood Reporter»un məlumatına görə, bu, Şildsin 10 illik fasilədən sonra kinoda ilk işi olacaq. Şilds sonuncu dəfə 1999-cu ildə filmə çəkilib.
   «Furry Vengeance» filmində Bruk Şilds baş qəhrəmanın həyat yoldaşı rolunu oynayacaq. Baş qəhrəman rolu isə Brenden Freyzerə tapşırılıb. Filmin süjeti daşınmaz əmlak agenti ətrafında cərəyan edir. Guya ki, baş qəhrəman yenot ailəsi ilə toqquşur. Yenotlar daşınmaz əmlak agentinin onların yaşadığı ərazini satmaq niyyətindən narazıdırlar. Filmdə Şilds və Freyzerlə bərabər Dik Vann Dayk və Samanta Bi də rol alıblar.
   Bruk Şilds «Mavi laqun» və «Sonsuz məhəbbət» filmlərindəki rolları ilə məşhurdur. O, son 10 il ərzində ancaq teleseriallarda və ya DVD-lərdə buraxılan filmlərdə çəkilib.
   Gözlənildiyinə görə, «Furry Vengeance» filmi ekranlara 2010-cu ilin aprelində çıxacaq. Qeyd edək ki, Rocer Kambl fransız yazıçısı Şoderlo de Laklonun «Təhlükəli əlaqələr» romanı əsasında çəkdiyi «Qəddar oyunlar» filmi ilə məşhurlaşıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar