Silvestr Stallonenin «The Expendables» adlı yeni filmi trilogiya olacaq. Qeyd edək ki, filmdə ötən illərin bir çox döyüş filmlərinin qəhrəmanları çəkiləcək. «WorstPreviews» resursunun məlumatına görə, bu barədə filmin prodüseri Avi Lerner çəkiliş meydanındaca bəyanat verib: «Bizim artıq ikinci və üçüncü filmlər üçün bəzi süjetlərimiz var. Bütün hallarda bütöv bir franşiza yaratmağı nəzərdə tutmuşuq».
   Xatırladaq ki, filmdə Dolf Lundqren, Erik Roberts, Mikki Rurk, Cet Li, Ceyson Steytem və digərləri çəkilməyə razılıq veriblər. Məşhur aktyor və idmançı, Kaliforniya qubernatoru Arnold Şvartsnegger isə filmdə epizodik rolda çıxış etməyə razı olub.
   Süjet Latın Amerikası ölkələrindən birində diktatoru devirməyə hazırlaşan bir qrup muzdlu əsgərdən bəhs edir. Çəkilişlər artıq başlayıb, Luizianna ştatında və Braziliyada aparılır.
   Filmin adını «İstifadə edilmiş materiallar» kimi tərcümə etmək olar. Bu ad göstərir ki, heç də qəhrəmanların hamısı ikinci və üçüncü filmlərə qədər sağ qalmayacaqlar. Yəni, Stallone ikinci və üçüncü hissələrə birinci seriyada yer tapılmayan aktyorları, məsələn, Ceki Çan, Kurt Rassel və Jan-Klod Van Damm kimi məşhur idman və döyüş ustalarını dəvət edə biləcək. İlk seriya ekranlara 2010-cu ilin aprelində çıxacaq.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar