Cenevrə universitetinin antropologiya fakültəsinin arxeoloji qrupu Malinin şərqində aparılan qazıntılar zamanı yandırılmış və boyanmış keramika qırığı tapıblar. Bu keramikanın bizim eramızdan 9400 il əvvəl hazırlandığı bildirilir. «Swissinfo.ch» qeyd edir ki, bu, indiya qədər Afrikada tapılan ən qədim keramikadır. Cenevrə Universitetinin arxeoloqları artıq 20 ildir ki, Bandiaqara yaylasında və onun ətrafındakı ərazilərdə işləyirlər. Bəşəriyyət tarixində ən qədim keramika əşyası 11 santimetrlik Vestonik Venerası heykəlciyi sayılır. Həmin heykəlciyin 26 min il yaşı var. Keramika 1925-ci ildə Çexiyada tapılıb.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar