Pop kralı Maykl Ceksonun ölümündən sonra bütün dünyada onun albomlarının 9 milyondan çox nüsxəsi satılıb. Bu barədə «Gigwise» portalı ABŞ mətbuatının məlumatlarına istinadən informasiya yayıb. Ceksonun albomlarının buraxılması ilə məşğul olan «Sony» leyblının nümayəndələri bu rəqəmi şərh etməkdən boyun qaçırsalar da, satılan disklərin sayı ilə bağlı informasiyanı da təkzib etməyiblər.
   Pop kralının albomlarına tələbat onun ölüm xəbəri çıxandan dərhal sonra artmağa başlayıb. Tezliklə satış rəqəmi ötən illərdəki rəqəmləri onlarla və hətta yüzlərlə dəfə üstələyib. «Gigwise» qeyd edir ki, Ceksonun albomlarına tələbat azalmır. Təkcə ötən həftə tələbat 37 faiz artıb. Ceksonun ölümündən keçən ilk 3 həftə ərzində təkcə Böyük Britaniyada onun 1,5 milyon albomu və sinqlı satılıb. «Billboard»ın məlumatına görə, avropalılar daha çox 2008-ci ildə buraxılan «King of Pop» diskinə üstünlük verirlər.
   «European Top 100 Albums» hit-paradının ilk onluğuna Ceksonun eyni zamanda 8 solo albomu daxil olub. Hit-paradda ikinci yeri «The Essential», üçüncü yeri isə «Thriller» tutur.
   ABŞ-da «Billboard Top Pop Catalog»un hit-paradında birinci yerdə «Number Ones» durur. Bu zaman hit-paradın ilk onluğu tamamilə Ceksonun albomlarından ibarətdir. Onların arasında həm solo, həm də «Jackson 5» qrupunun albomları var.
   ABŞ-da Ceksonun 2,3 milyon albomu alınıb. «Billboard»ın redaktoru Keyt Kolfild heç bir zaman dünya musiqisində belə bir hadisənin baş verəcəyini düşünmədiklərini qeyd edib: «Amma gördüyünüz kimi, bütün hit-paradları hücumla fəth edən yeganə şəxs Maykl Cekson oldu».
   Qeyd edək ki, sağlığında müğənninin 5 albomu hit-paradlara başçılıq edib: "Thriller" (1982), "Bad" (1988), "Dangerous" (1991), "HIStory" (1995), "Invincible" (2001).







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar