Ser Pol Makkartni öz qrupu ilə bir yerdə Nyu-Yorkdakı Brodveydə yerləşən Ed Sallivan teatrının damında konsert verib. «Associated Press» agentliyinin məlumatına görə, Makkartninin də üzvü olduğu «The Beatles» qrupunun ABŞ-dakı televiziya debütü 45 il əvəl - 1964-cü ildə məhz Ed Sallivanın şousunda baş tutub.
   30 dəqiqəlik konsert zamanı Makkartni küçədə yığışan pərəstişkarları qarşısında «The Beatles»in, «The Wings»in, eləcə də özünün yeni «The Fireman» layihəsinin repertuarından mahnılar ifa edib. Konsertdən sonra Makkartni Devid Lettermanın populyar teleşousunda iştirak edib. Teleşounun çəkilişləri də Ed Sallivan adına teatrda aparılıb.
   Qeyd edək ki, iyulun 17-də Nyu-Yorkdakı «Citi Field» beysbol stadionunda müğənninin ABŞ üzrə mini-turnesi başlayıb. Nyu-Yorkda üç konsertdən əlavə, Makkartni Boston, Atlanta, Tals və Dallasda 6 konsert də verəcək. Qeyd edək ki, binanın damında çıxış etmək Makkartni üçün yenilik deyil. «The Beatles» qrupu 1969-cu ilin yanvarında Londondakı «Apple» studiyasının damında konsert verib. Lentə alınan və «Let It Be» filminə daxil edilən bu konsert Liverpul dördlüyünün tarixində sonuncu rəsmi konsert olub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar