Stiven Spilberqin «DreamWorks» kinostudiyası hindli milyarder Anil Ambaninin «Reliance ADA Group» şirkəti ilə böyük müqavilə bağlayıb. «The Hollywood Reporter»in məlumatına görə, müqavilənin şərtinə uyğun olaraq, kinostudiya filmlərin çəkilişi üçün 825 milyon dollar alacaq.
   Birgə bəyanatda qeyd edilir ki, belə maliyyə ilə «DreamWorks» ildə 5-6 film çəkə bilər: «İlk layihə 2009-cu ilin sonuna qədər işə salınacaq. Bundan əlavə, 2010-cu ildə buraxılacaq filmlərin yaradılması üzərində iş gedir».
   Şirkəti Spilberqin özünün, onun işgüzar tərəfdaşı Steysi Snayder, eləcə də Amitabx Cuncxunvala və «Sony Pictures» şirkətinin keçmiş rəhbəri Alan Livaynın daxil olduğu şura idarə edəcək. Ambani razılaşmadan razı qaldığını vurğulayıb: «Stiven Spilberq və Steysi Snayder kimi şəxslərlə işləmək bizim üçün böyük şərəfdir. Mən əminəm ki, bizim kapitalımız onlara bütün fikirlərini həyata keçirməyə imkan verəcək».
   Xatırladaq ki, bundan əvvəl «DreamWorks» və «Walt Disney» filmlərin prokatının hüquqları ilə bağlı uzun müddətli eksklüziv razılaşma imzalayıblar. Stiven Spilberq və Steysi Snayder «The Walt Disney Studios»la bir yerdə «DreamWorks»un bədii filmlərinin marketinqi və prokatı ilə məşğul olacaqlar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar