Amerika narkopolisləri Maykl Ceksonun keçmiş şəxsi kardioloqu Konrad Mürreyin klinikasında axtarış aparıblar. «France Presse» agentliyinin məlumatına görə, ABŞ-ın narkotik vasitələrin dövriyyəsi ilə mübarizə Federal İdarəsinin agentləri və Los-Anceles polisi Texas ştatının Hyuston şəhərində yerləşən Armstronq adına tibbi mərkəzi alt-üst ediblər. Axtarış müğənninin ölümü ilə bağlı başlanılan təhqiqat çərçivəsində aparılıb.
   Bəzi məlumatlara görə, Maykl Ceksonun ürəyi propofol adlı çox ciddi bir dərmanın təsiri nəticəsində dayanıb. Amerika mətbuatı həmin dərmanı ona məhz Mürreyin verdiyini yazır. Amma federal agentlər klinikada məhz hansı dərmanı axtardıqları barədə heç nə deməyiblər.
   Polis Maykl Ceksonun ölümü ilə bağlı təhqiqatı hansı maddə üzrə apardığını hələ də açıqlamayıb. Ceksonun ölümü ilə bağlı ilk məlumatı yayan TMZ.com saytı bir neçə gün öncə polisin «adam öldürülməsi» maddəsi ilə iş apardığı barədə xəbər verib. Amma Los-Anceles polisi məlumatı təsdiq və ya təkzib etməkdən imtina edir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar