XX əsrin əvvəlinin dahi ispan bəstəkarı Enrike Qranadosun 1960-cı illərin əvvəlində yanğın zamanı itən «Cant de les estrelles» («Ulduzların mahnısı») pyesi tapılıb, bərpa edilib və «Naxos» leyblında yazılıb. Əlyazmanın itməsinin və tapılmasının tarixi «The Wall Street Journal»da dərc edilib. Məşhur «Qoeski» süitasının müəllifi olan Qranados «Ulduzların mahnısı»nı 1910-cu ildə yazıb. 1911-ci ildə isə onun fortepiano, arqan və üç xor üçün yazdığı 17 dəqiqəlik əsəri Barselonada ifa edilib və dərhal şedevrə çevrilib. Bəstəkar 1916-cı ildə həlak olub. İkinci Dünya müharibəsi zamanı Amerikadan qayıdan Qranadosun da içində olduğu gəmi alman submarinasının hücumuna məruz qalıb.
   Qranadosun arxivi ailədə qalıb. Amma onun oğlu Viktor ailənin digər üzvlərinin razılığı olmadan 4 əlyazmanı, o cümlədən «Ulduzların mahnısı»nı amerikalı prodüser Nataniel Şilkertə satıb. Pyesin 1940-cı ildə «Columbia» şirkətində yazılması planlaşdırılırmış. Dirijor kimi Arturo Toskanini çıxış etməliymiş. Amma müxtəlif səbəblərdən pyesi yazmaq mümkün olmayıb. Bu, ilk uğursuz cəhd olub. Əlyazma Şilkertdə qalıb. Amma 1964-cü ildə onun arxivi yanıb və əsər itkin düşmüş sayılıb. Tezliklə Şilkert vəfat edib. Qranadosun qohumları onun Şilkertdəki əlyazmalarını tapmaq ümidlərini itirməyiblər. Bəstəkarın bioqrafı Uolter Klark 2000-ci ilin əvvəlində Şilkertin gəlinini salamat qalan əlyazmaları göstərməyə inandırmağa müvəffəq olub. Elə o zaman məlum olub ki, «Ulduzların mahnısı» yanğından çox, sudan ziyan çəkib. Daha çox karandaşla yazılan vərəqlər bitişib, xətt pozulub və heç nə oxunmurmuş. Onları uzun müddət bərpa etmək lazım gəlib. 2009-cu ilin yayında isə «Ulduzların mahnısı» diskə yazılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar