«Spirit Pictures» adlı az tanınan kinostudiya nəhəng qorilla Kinq-Konq barədə hekayəyə yeni həyat verməyə hazırlaşır. Prodüserlər «Konq: Kəllələr adasının kralı» kitabının ekranlaşdırılması hüququnu əldə ediblər. «Variety»nin məlumatına görə, bu kitab hamı tərəfindən tanınan süjetin prikvelidir.
   Co De Vito və Bred Striklend tərəfindən yazılan romanda Kinq-Konqun əvvəlki filmlərdə danışılan digər nəhəng meymunlara və dinozavrlara qalib gələrək adanın hakimi olmasından bəhs edilir. Maraqlıdır ki, kitab 2005-ci ildə işıq üzü görüb. Həmin il rejissor Piter Cekson özünın «Kinq-Konq» barədə remeykini çəkib.
   «Spirit Pictures» filmin çəkilməsinə icazə almaq üçün Merian Kuperin varislərinə də müraciət edib. Məhc Merian Kuper 1933-cü ildə Ernest Şodsakla bir yerdə «Kinq-Konq» barədə klassik film çəkib. Bundan əvvəl «Ulduz müharibələri» və «Karib dənizinin quldurları» filmlərinin videoyunları üzərində çalışan Stiv İlez etiraf edib ki, Kuperin mirasının Hollivudda qalmasının qayğısına qalırlar.
   Onun sözlərinə görə, filmin çəkilişləri zamanı «motion-capture» texnologiyasından istifadə ediləcək. Bu texnologiyadan Robert Zeminski hələ «Qütb ekspressi» və «Boevulf» filmlərinin çəkilişində istifadə edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar