ABŞ-ın Kaliforniya ştatının qubernatoru Arnold Şvartsnegger Ceyms Kameronun çəkdiyi yeni filmdə rol alacaq. Bu barədə «The New York Times» jurnalına müsahibəsində amerikalı aktyor və komik Tom Arnold bildirib. Arnold özü də Kameronun filmində rol alıb.
   Arnoldun sözlərinə görə, filmin çəkilişləri Şvartsneggerin qubernator səlahiyyətləri başa çatandan dərhal sonra, yəni 14 aydan sonra başlayacaq. Hələlik filmin adı və süjeti müəyyən edilməyib.
   Ceyms Kameron, Arnold Şvartsnegger və Tom Arnold artıq çəkiliş meydanında görüşüblər. Onlar bir yerdə «Həqiqi yalan» («True Lies») filmində iştirak ediblər. Tom Arnold bu filmdə Arnold Şvartsneggerin qəhrəmanının tərəfdaşını oynayıb. Arnold qeyd edib ki, yeni filmin «Həqiqi yalan - 2» olmayacağına ümid edir. Bununla yanaşı, o, yeni layihədə iştirakına həddən artıq şad olduğunu da vurğulayıb.
   Qeyd edək ki, bu, Kaliforniya qubernatorunun böyük ekrana qayıdacağı ilə bağlı ilk məlumat deyil. Bundan əvvəl Şvartsneggerə «Vəhşi» filminin rimeykində rol təklif olunduğu bildirilirdi.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar