Maykl Ceksonun 1984-cü ildə məşhur rəsam Endi Uorxol tərəfinlən çəkilən portreti Nyu-Yorkda auksionda satılacaq. Rəsmə ilkin olaraq 500 min dollar qiymət qoyulsa da, onun bir neçə milyon dollara satılacağı gözlənilir. Bu barədə «The Telegraph» qəzeti yazıb.
   Ölçüsü 76,2 santimetrin 66 santimetrə olan əsər avqustun 6-dan 8-nə kimi Londondakı «British Music Experience» qalereyasında nümayiş etdirilir. Bundan sonra portreti ABŞ-a göndərəcəklər. Qeyd edək ki, əsər indiyə kimi Avropada nümayiş etdirilməyib.
   Satıcının nümayəndəsi Cenet Ler bildirib ki, bu portret «pop-artın mübahisəsiz kralı ilə pop-musiqinin mübahisəsiz kralı»nı birləşdirir: «Əsər hər iki şəxsin karyerasının ən yüksək nöqtədə olduğu zaman çəkilib və iki istedadın ümumdünya mədəniyyət tarixində simvoluna çevrilib».
   Qəzet qeyd edir ki, Uorxolun indiyə qədər satılan ən bahalı əsəri 1963-cü ildə çəkdiyi «Yaşıl maşının qəzası»dır. «Christies» auksionunda bu əsərə görə, 71,7 milyon dollar veriblər.
   Xatırladaq ki, Maykl Cekson iyulun 25-də gözlənilmədən vəfat etdikdən sonra ona olan maraq da bir neçə dəfə yüksəlib. Onun portretinin satışı iyulun 12-nə nəzərdə tutulsa da, həddən artıq böyük tələbat səbəbindən auksion baş tutmayıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar