XIX əsrin sonlarında hazırlanan və məşhur Stradivarinin alətlərinin birinin imitasiyası olan skripka İngiltərənin Bat şəhərindəki mağazalardan birində satışa qoyulub. "The Daily Mail" qəzetinin yazdığına görə, 5 min funt-sterlinq dəyəri olan skripkanı iyunun əvvəlində skripkaçı Xizer Kouendən oğurlayıblar. Onu cəmi 10 funt-sterlinqə mağazaya naməlum şəxs təhvil verib.
   Alət şəhərin kral teatrında konsert zamanı oğurlanıb. Kouen çox qısa müddətə skripkanı səhnənin kənarına qoyub. Geri qayıdanda isə onun itdiyini görüb. Skripkaçı qadın şəhər əhalisinə müraciət edərək oğurlanmış alətin tapılmasında kömək göstərməyi xahiş edib. Onun bu xahişi təsirini göstərib. Mağazanın satıcısı vitrinə qoyulan skripkanı tanıyıb və bu barədə Kouenə məlumat verib.
   Mağaza müdiriyyəti heç bir xəsarət almayan skripkanı sahibinə qaytarıb. Artıq aləti oğurlayan şəxs də tapılıb və həbs edilib. Oğru cinayətini boynuna alıb və 1 illik həbs cəzası çəkmək üçün həbsxanaya göndərilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar