Əfsanəvi müğənni, popmusiqisinin şahzadəsi, məşhur Madonna 20 yaşında ikən fəth etdiyi şöhrət zirvəsini çoxdan arxada qoysa da, yenə də gənclik təravətini saxlamaqdadır. Bu yaxınlarda yarım əsrlik yubileyi ərəfəsində müğənniyə 110 milyon dollar gəlir gətirən qastrol turu və yeni albomu onun hələ də zirvədə olduğunu bir daha sübut etdi. Lakin bu arada müğənninin vizajisti özü də bilmədən pop musiqisi şahzadəsinin indiyədək heç kimin bilmədiyi bir “sirrini” aləmə faş eləyib. Sən demə Dünyanın ünlü sənətçisi olan bu məşhur xanım cavan qalmaq üçün brilliant tozundan istifadə edirmiş. Bir qayda olaraq səhnəyə çıxmazdan əvvəl üzünə nazik krem qatı sürtən müğənni qaşlarının üstünü və sifətini brilliant tozu ilə makiyaj etdirirmiş.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar