Dünyanı öz səsiylə fəth etmiş, əfsanəvi fransız müğənnisi Mirey Matye şənbə günü Moskvadakı Qızıl Meydanda möhtəşəm konsert proqramı ilə çıxış edib. O, bu konserti anasının sevimli mahnısı olan “Qara gözlər”lə açıb. Maraqlıdır ki, ünlü müğənni “Spassk qülləsi- 2009” adlandırılan musiqi festivalına anası Marseli də gətirib. Dünyanın bir çox ölkələrindən gəlmiş müxtəlif musiqi kollektivlərinin də iştirak etdiyi bu festival sentyabr ayının 10-dək davam edəcək. Məşhur fransız müğənnisinin repertuarına daxil olan mahnıların demək olar ki, böyük əksəriyyətini hitə çevrilmiş mahnıları təşkil edir. Mirey Matye deyir ki bu mahnıların hər biri onun üçün olduqca əzizdir və onların hər biri unudulmaz xatirələrlə bağlıdır. Müğənninin xüsusi avaz və təkrarsız ifa tərzi ilə oxuduğu, anasi Marselin ən çox sevdiyi “Qara gözlər” mahnısı tamaşaçıları mütəəssir edərək onların gözlərini yaşardıb.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar