Son zamanlar qadınlar arasında tatu və manikürə olan maraq xeyli artıb. Bu barədə maraqlı yazılar dərc edən bir sıra qəzetlərdə dəb halını almış bu iki vərdiş hətta incəsənətin bir növü kimi dəyərləndirilir.
   Qeyd olunur ki, rəssamlığın bir növü olan tatu guya zərif cinsin nümayəndələrinin zərif dərilərinə xüsusi yaraşıq verir və onları daha cazibədar göstərir. Manikürə gəldikdə isə bu spesifik yaraşıq üslubunun qadınlara geyim və yaxud digər bəzək aksessuarları qədər gərəkli olduğu iddia edilir. Lakin maraqlıdır ki, bu barədə gen-bol yazılar yazan və reklam işi aparanlardan fərqli olaraq bir sıra Qərb ölkələrinin həkimləri deyilənlərlə qətiyyən razılaşmrlar. Məsələn, bu günlərdə məşhur həkim-veneroloq, avstriyalı Otto Hünter özünün “Lənət damğası” adlı kitabında tatu, onun yaranma tarixi, mənşəyi və törətdiyi fəsadlar barədə olduqca maraqlı və ibrətamiz məlumatlar verib. Mütəxəssisin yazdığına görə, əsasən kriminal mühitdə geniş yayılmış və simvolik xarakterə malik olan tatular normal insanlar üçün yolverilməz və çirkin bir işdir. Onun sözlərinə görə, tatu nəinki tibbi nöqteyi-nəzərdən zərərli və təhlükəlidir, bu vərdiş həm də ilahi bakirəliyə xələl gətirən “lənət damğasıdır”.
   Qadınların dırnaq uzatmaq vərdişi üzərində müşahidələr aparan Texas Universitetinin mütəxəssisləri isə sensasion nəticələrə gəliblər. Onların apardıqları elmi tədqiqatların nəticələri manikürün təhlükəli vərdişlərdən biri olduğunu sübut edib. Əlbəttə, mütəxəssislər manikürü qadağan etməyin tərəfdarı olmasalar da, bu xidmət növündən istifadə edənləri ehtiyatlı olmağa çağırırlar.
   Həkimlər iddia edir ki, ən təmiz və ən səliqəli qadının belə uzadılmış dırnaqlarının altında dəhşətli viruslar rahatlıqla gizlənərək artıb-çoxala bilirlər. Digər tərəfdən, qadınlar müxtəlif tərkibli dırnaq laklarından və kimyəvi maddələrdən istifadə edərkən onların dərisinin altına kifayər qədər konserogen maddələr keçir. Bu isə həmin insanlarda dəri xərçənginin yaranması üçün stimul rolunu oynayır.
   Bu iddiaların bir çox digər tərəfdarları da manikürün qadınların sağlamlığı üçün doğrudan da tam təhlükəsisz olmadığını bildirirlər. Bu barədə konkret statistika materialları dərc edən qəzetlərin yazdığına görə, son illər ABŞ-da 42 yaşına çatmamış qadınlar arasında onkoloji xəstəliyə tutulanların 8 faizi məhz manikürün güdazına gedənlərdir. Dəri xərçənginin aradan qaldırılmasının bir o qədər çətin olmadığını bildirən həkimlər bu bəlanın digər orqanlara da sirayət etmək təhlükəsi barədə xəbərdarlıq edirlər.Həkimlər son zamanlar ultrabənövşəyi şüadan gen-bol istifadə etməyin təhlükəli nəticələri barədə də həyəcan təbili çalırlar.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar