İngilis musiqisinin tanınmış simalarından olan ser Elton Con Las- Veqasda çıxış etmək üçün xüsusi konsert proqramı hazırlayıb. O, bu barədə televiziya kanallarına verdiyi müsahibələrindən birində deyib ki, Las-Veqas hazırda şou-biznes baxımından əvvəlki illərdə olduğundan daha əlverişli məkana çevrilib: Bir vaxtlar mən bu şəhərdə ilk konsertlərimi verərkən səhnədə yalnız Stinq, Bi-Kinq, Con Mayer və daha 3-4 nəfər musiqiçi vardı. İndi isə bura əsl şou-biznes məkanına çevrilib».
Mügənninin fanatlarından biri Elton Cona sual verərək onun fortepianosunun nə üçün qırmızı rəngdə olduğunu soruşub. Ser Elton gülümsəyərək deyib: «Mənə çoxları bu barədə sual verib. Doğrusu, Las-Veqasa gələrkən nə isə qeyri-adi bir təəssürat yaratmaq istəmişəm. Bildiyiniz kimi, mən bu səhnəyə olduqca bağlıyam. Burdakı hər konsertim mənə unudulmaz sevgi və məhəbbətlə dolu keçmiş illərimi xatırladır.Ona görə də məhz qırmızı rəngli royalı daha münasib hesab etdim. Ona görə ki, qırmızı rəng məhəbbət və sevgi rəngidir».