Parisdəki məşhur Luvr muzeyinin rəhbərliyi burada nümayiş olunan bir neçə unikal tarixi eksponatı Misir Ərəb Respublikasının tələbinə əsasən həmin ölkəyə qaytarmağa hazır olduğunu bildirib. Bununla bağlı sözügedən muzey rəsmi məlumat da dərc edib. Məlumatda qaytarılacaq eksponatların siyahısında Misir fironlarının sərdabələrindən tapılmış bir neçə freskanın da adı çəkilir. Bu unikal tarixi əşyalar əslində Avropaya qaçaqmalçılıq yolu ilə aparılmışdır.
   MƏR-in qədim əşyalar və arxeoloji tapıntılar üzrə ali şurasının rəhbəri Zahi Həvas fransız jurnalistlərinə verdiyi müsahibədə ölkəsinin Parisin Luvr muzeyi ilə hər cür əlaqələri kəsmək niyyətində olduğunu bildirib.
   Hazırda hər iki ölkənin mədəniyyət nazirləri arasında danışıqlar gedir. Luvr muzeyinin rəhbərliyi isə tələb olunan əşyaların MƏR-ə qaytarılmasında heç bir problemin olmadığını bildirib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar