Dünya iqtisadi böhranına baxmayaraq Londonda keçirilən “Britaniya modasının 25 ili” moda həftəsi gözlənildiyindən daha uğurlu alınıb. Super modellərin də qatıldığı tədbirdə ən məşhur brendlər yenidən podiumda görünməklə moda həvəskarlarına sevinc bəxş edib. Bir həftə davam edən moda həftəsində üç yüzdən artıq dizaynerin və moda ustasının iştirak etdiyi bildirilir. Ən müxtəlif və cazibədar moda nümunələrini podiumda böyük entuziazmla və yüksək ekstravaqant manerada nümayiş etdirən zərif cinsin nümayəndələri 2010-cu ilin moda kolleksiyasından da bəzi nümunələri həvəskarlara təqdim ediblər. Sözügedən aksiyada həmçinin yeni ayaqqabı modelləri, bəzək aksessuarları, makiyaj və kosmetika nümunələri də moda həvəskarlarının diqqətinə çatdırılıb. Mütəxəssislərin proqnozlarına görə, gələn il bütün dünyada minimum paltar, maksimum yaraşıq və yüngül biganəlik qadınların dəb dünyasına hakim olacaq.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar