Gələn ilin əvvəllərində Moskvada dünya musiqi sənətində xüsusi yeri olan, ünlü rus bəstəkarı Sergey Raxmaninovun ev-muzeyinin açılacağı gözlənilir. Bu barədə məlumat verən paytaxt qəzetlərinin yazdığına görə, muzey hazırda təmir işlərinin aparıldığı Böyük Ordınka binasında yerləşəcək. Muzeyin ekspozisiyasına dahi bəstəkarın həyat və yaradıcılığı haqqında zəngin məlumat verən çoxlu sayda sənədlər, fotoşəkillər, afişalar, şəxsi yazışmalar, məktublar, musiqi əsərlərinin partituraları və sair nümayiş etdiriləcək. Maraqlıdır ki, muzeyin təşkilat komitəsi bir sıra Avropa ölkələrində yaşayan musiqisevərlərdən içərisində görkəmli bəstəkarın həyatının müxtəlif dövrlərini özündə əks etdirən xeyli sayda sənədlər və fotoşəkillər alıb. Həmin foto sənədlərinin muzeyin xüsusi ekspozisiyasında sərgilənəcəyi bildirilir. Muzeyə gələnlər həmçinin xüsusi salonda Raxmaninovun musiqisini də dinləyə biləcəklər.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar