Dəb dünyası
   
    Dünya şöhrətli modelyer Corcio Armani 1934-cü ildə Milan yaxınlığında sadə italyan ailəsində anadan olub. Valideynləri oğlan uşaqlarının həkim, ya da hüquqşünas olmasını istəyirdi. Onun qardaşlarından biri artıq hüquqşünas peşəsini seçdiyindən, o birilərinin payına həkimlik düşürdü. Beləliklə, Corcio həkim olmaq qərarına gəlir.
   
   O, Bolonya Universitetinin tibb fakültəsində iki il təhsil alandan sonra başa düşür ki, həkimlik peşəsi onluq deyil. Fotoqraf köməkçisi kimi çalışmağa başlayır. Sonra hərbi xidmətə yollanır. Hərbi xidmətdən sonra Milanın ən iri “LA Rinascente” univermağında işə düzəlir. Bu işdə uğur qazanmağa başlayır. Bir neçə il burada çalışandan sonra Armani bu qərara gəlir ki, artıq dəb nəzəriyyəsi ilə kifayət qədər tanış olub və bildiklərini təcrübədə tətbiq etməyin vaxtı çatıb. O, həmyerlisi məşhur modelyer Nino Ceruttinin yanında assistent kimi işə düzəlir, növbəti 6 il ərzində kişilər üçün geyim istehsal edən “Hitman” şirkətində çalışır. Sonra isə stilist kimi dəb aləminin korifeyləri - Emanuel Ungaro və Ermenegildo Zegno ilə işləməyə başlayır. Bu təcrübə 10 il çəkir. Artıq Armani əmin idi ki, dizaynerə lazım olan bütün biliklərə malikdir.
   40 yaşında artıq şəxsi geyim şirkətini yaratmaq qərarına gəlir. Beləliklə, 1974-cü ildə o, podiuma ilk kişi kolleksiyasını çıxarır. Bir il sonra isə qadın kolleksiyası ərsəyə gəldi. Ekranlara aktyor Riçard Girin iştirakı ilə “Amerikalı jiqolo” filmi çıxandan sonra isə italiyalı dizayner hamının sevimlisinə çevrilir. Robert de Niro, Cudi Foster, Rassel Krou və başqa Hollivud ulduzları Armanidən olan geyimləri nümayiş etdirirlər. Məşhur italyan aktrisası Sofi Loren belə deyib: “Mən ona görə Corcionu çox sevirəm ki, o, qadının nə istədiyini bilir. Onun geyimlərində özümü çox rahat hiss edirəm”.
   
   Hazırladı: Səbinə Məmmədova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar