Arxeoloqlar Qvatemala cəngəlliklərində mayya tayfalarına məxsus “Gecə günəşi məbədi”ni aşkarlayıblar. Məbəd çox yaxşı vəziyyətdə qalıb. Məbədin yan divarları Günəş çıxanda Karib dənizindən qalxan nəhəng akulaya, günorta qaniçən çəpgözə, gün batanda isə yaquara bənzəyən 1,5 metrlik yapma maskalarla bəzədilib.
   Gün ərzində simasını dəyişən bu təsvirlər Mayya tanrılarının təcəssümüdür. Mütəxəssislər maskaların hansı üsullarla düzəldilməsinə diqqət yetiriblər. Məbədin divarlarında çox qabarıq görsənməyinə baxmayaraq, onlar yerə düşmürlər. Qırmızı rəngli xüsusi maddə ilə boyandığından və hündürdə həkk edildiyindən, günəş çıxanda və batanda bu maskaları daha uzaq məsafədən də görmək mümkündür.
   Məbəd V əsrdən istifadəsiz qalıb. Bu da hakim sülalənin hakimiyyətinin başa çatması ilə əlaqədar olub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar