Dəb dünyası
   
   
   Dünyanın məşhur brendlərindən olan “Dolce&Gabbana” 1982-ci ildə Milanda atelyelərin birində Domeniko Dolce və Stefano Gabbananın tanışlığı nəticəsində yarandı.
   
   Domeniko Dolce 1958-ci ildə Siciliyada, kasıb bir ailədə anadan olub. Atasının balaca bir atelyesi var idi və o, 6-7 yaşlarından orada tikiş tikməyi öyrənmişdi. Qısa müddət ərzində bu işi elə mənimsəmişdi ki, boş vaxtlarında artıq qalan parça kəsiklərindən miniatür kostyum və paltarlar tikərmiş. Domeniko incəsənət məktəbini bitirdikdən sonra arzularının ardınca Milana yollanır.
   Ondan fərqli olaraq Stefano Qabbananın atası isə zəngin idi. O, Milanın məşhur stilistlərindən idi. 1963-cü ildə Milanda anadan olan Stefano kiçik yaşlarından rəsm çəkməyi çox sevirdi. Buna görə o sonralar incəsənət kollecinə daxil olur, qrafika və dizayn şöbəsində təhsil alır. Buranı bitirdikdən sonra isə şöhrət və uğura doğru can atır.
   Beləcə, iki gənc arzularını gerçəkləşdirmək üçün gəldikləri Milanda görüşürlər. Ailə tərzlərinin fərqli olmasına baxmayaraq, düşüncələrinin, həvəslərinin üst-üstə düşməsi nəticəsində onlar dostlaşırlar. Hər zaman bir yerdə olan cütlüyü dostları “dolceqabbanata” adlandırırdılar.
   1982-ci ildə onlar kiçik bir studiya açırlar. İlk kolleksiyalarını adi bir kafedə nümayiş etdirirlər. 1985-ci ildə isə “Dolce&Gabbana”na kimi fəaliyyətə başlayırlar. Cütlüyə əzmlə çalışmalarına görə “Milano Collezioni” moda nümayişində iştirak etmələri üçün təklif gəlir. Dostların qadın geyimləri həmin nümayişdə böyük uğur qazanır. 1986-cı ildə onlar öz kolleksiyalarını “Real Women” şousunda təqdim edirlər.
   Onlar kolleksiyalarında qadının cəlbediciliyini, eyni zamanda əlçatmazlığını göstərirlər. 1994-cü ildə Milan və Nyu-Yorkda onların artıq iki salonu fəaliyyət göstərirdi. Daha sonra modelyerlər Honkonq, Sinqapur və s. yerlərdə də butiklərini açırlar.
   İki dostun kiçik bir atelye ilə başlanan işbirliyi dünya şöhrətli brendə çevrilir. “Dolce&Gabbana” markasından təkcə geyimlər deyil, ətriyyat məhsulları, çantalar, ayaqqabılar, eynəklər, saatlar və s. indi də hamı tərəfindən sevilərək istifadə edilir.
   
   Hazırladı: Səbinə Məmmədova






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar