Fransanın əsas rəmzlərindən biri olan Versal sarayının bir hissəsi elit hotel olacaq. Bu qərar Versalın dövlət maliyyələşdirilməsində tələblərini azaltmaq üçün memarlıq kompleksinin administrasiyası tərəfindən verilib.
Rekonstruksiyası 4-7 milyon dollara başa gələcək hotel XVII əsrə aid olan üç binada yerləşəcək. Versal administrasiyasının elan etdiyi tenderin şərtlərinə əsasən tenderin qalibi 60 il ərzində hotelin idarəetməsinə rəhbərlik edəcək. Eləcə də tenderin qalibi hər il administrasiyaya 300 min avro ödəyəcək. Tenderdə iştirak üçün müraciətlər sentyabrın 14-dək qəbul ediləcək.
Qeyd edək ki, artıq hotel operatoru "AccorHotels" layihə ilə maraqlanıb.